Əlaçıya ikiqat əyləncə!

25.11.2016

Megafun ənənəsinə sadiq qalaraq “Əlaçı” kampaniyasına davam edir.

Megafun Əyləncə Mərkəzi 2013-cü ildən başladığı “megafunlı Əlaçı” sosial layihəsinə hər il olduğu kimi bu il də davam edir. Bu layihə ilə Megafun ölkəmizin gələcəyi olan şagirdlərimizi dərs proqramlarını yaxşı mənimsəmələrinə daha çox təşviq edir.

Layihədə iştirak etmək üçün şərtlər aşağıdakı kimidir:

Oxuduğu məktəbdən, sinfindən asılı olmayaraq məktəbli əvvəlcə dərsinə yaxşı hazırlaşır, o dərsdən “5″ əla qiyməti alır (bəzi liseylərdə 80+ və ya A qiyməti ola bilər) gündəliyi ilə birlikdə Megafuna gəlir, gündəliyindəki əla qiymətini bizim kassalara göstərir, Megafun onun qiymətini foto arxivə saldıqdan sonra o şagirdin yüklədiyi məbləğin iki qatı əyləncə əldə edir.

Kampaniyada yalnız cari dərs ilinə aid qiymətlər dəyərləndirilə bilər.

Daha ətraflı məlumat üçün Megafun qaynar xətti (012 ) 922 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

05.12.2016

Megafun kartına yüklənilən məbləğə görə oyun qiymətinə endirim edilir və hədiyyə oyunlar verilir. 20 AZN […]

05.12.2016

Ulduzum abunəçiləri *5555#YES yığaraq əldə etdikləri promokodu Megafun kassasına təqdim edib bu endirimləri qazanacaqlar: 10 […]